Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Hadisə
  • 21 sentyabr, 2026
  • 15:46
Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Cəlilabad rayonu ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.

Yanğın baş verən ərazidə quru ot kütləsi üstünlük təşkil etdiyi üçün yanğın genişlənməkdə davam edir.