Cəlilabadda yük maşını aşıb, 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb

Cəlilabadda yük maşını aşıb, 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə
1 Avqust , 2021 22:20
Cəlilabadda yük maşını aşıb, 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ-69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi