Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 15 yanvar, 2020
  • 17:31
Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
Report

Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu, Salyan rayon sakini, 1960-cı il təvəllüdlü Məmmədov Ağarəhim Kamil oğludur.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***20:35

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.