Cəlilabadda zəbt edilmiş torpaqların azad edilməsi və qanuni dövriyyəyə qaytarılması ilə əlaqədar icra hakimiyyəti yanında komissiyanın polislə birgə tədbirləri davam etdirilir.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Ağayev Hidayət Hüseynqulu oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı 8 hektar örüş sahəsinin 4 hektar hissəsində məqsədli təyinatdan kənar əkin işlərinin aparılması faktı ilə bağlı araşdırma tamamlanıb.
Ağayev Hidayət Hüseynqulu oğluna İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilib.
Rayonda belə halların qarşısının alınması üçün yaradılmış komissiya polislə birgə araşdırmalarını davam etdirir.