Cəlilabadda taxıl sahələrində yanğın olub

Hadisə
  • 10 iyul, 2023
  • 16:11
Cəlilabadda taxıl sahələrində yanğın olub

Cəlilabadda taxıl sahələrində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb.

İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.