Cəlilabadda sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb

Cəlilabadda sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb Cəlilabad. 30 oktyabr. REPORT.AZ/ Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
30 Oktyabr , 2018 22:02
Cəlilabadda sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb
Foto: Report.az

Cəlilabad. 30 oktyabr. REPORT.AZ/ Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi