Cəlilabadda minik maşını traktorla toqquşub

Cəlilabadda minik maşını traktorla toqquşub Cəlilabad. 18 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Dekabr , 2018 22:37
Cəlilabadda minik maşını traktorla toqquşub

Cəlilabad. 18 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Ocaqlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Teymur Əlifağa oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb. Minik avtomobilinin sürücüsü xəsarət alaraq ağır vəziyyətdə "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi