Goranboyda yol qəzası baş verib

Goranboyda yol qəzası baş verib Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboy rayonunda avtomobil qəzası baş verib.
Hadisə
18 Dekabr , 2018 20:22
Goranboyda yol qəzası baş verib

Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboy rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Eyni zamanda hər iki maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi