Cəlilabad sakini iki qardaşı bıçaqlayaraq qaçıb

Cəlilabad sakini iki qardaşı bıçaqlayaraq qaçıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
6 Yanvar , 2017 11:49
Cəlilabad sakini iki qardaşı bıçaqlayaraq qaçıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda iki qardaş həmkəndliləri tərəfindən bıçaqlanıb. "Report"un Aran bürosu xəbər verir ki, hadisə yanvarın 5-də rayonun Eçara kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri Rasim və onun qardaşı Səyyar Rəfiyev həmkəndliləri Nəsirov Elşad tərəfindən bıçaqlanıb. Hadisənin tərəflər arasında münaqişə zəminində baş verdiyi bildirilir. 

İki qardaşı bıçaqlayan E.Nəsirov hadisə yerindən qaçıb. 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. E.Nəsirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi