Cəlilabaddakı ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 13 aprel, 2023
  • 16:16
Cəlilabaddakı ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Paşa Əyyub oğlu ölüb, onun həmkəndlisi 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu isə ağır xəsarətlər alıb.

Daha bir şəxs rayonun Sərxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirov Fərhad Ümidəli oğlu da xəsarət alıb.

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "VAZ-2107" markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.

17:32

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, nəticədə bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Yaralı rayon xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti