Cəlilabadda gənc qadın ailə üzvləri tərəfindən döyülərək ağır xəsarət alıb

Cəlilabadda gənc qadın ailə üzvləri tərəfindən döyülərək ağır xəsarət alıb Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır
Hadisə
14 Sentyabr , 2017 23:29
Cəlilabadda gənc qadın ailə üzvləri tərəfindən döyülərək ağır xəsarət alıb

Cəlilabad. 14 sentyabr. REPORT.AZ/ Cəlilabadın Mikayıllı kəndində 32 yaşlı qadın döyülüb.

"Report”un Aran bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü yerli sakin Qurbanova Rəfiqə Salamat qızı ailədaxili münaqişə zəminində ailə üzvləri tərəfindən döyülərək ağır xəsarətlər alıb.

Zərərçəkmiş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı Cəlilabad rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi