Bakı. 12 yanvar. REPORT.AZ/ Cəlilabadda ehtiyatsızlıqdan dünyasını dəyişən azyaşlı uşağın şəkli yayılıb. "Report" xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində baş verib. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətdəki əncir ağacında kəndirdən yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və o, yerindəcə boğularaq dünyasını dəyişib. Azyaşlının valideynləri hadisədən xəbər tutanda isə gec olub.
Ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi olub.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.



