Cəlilabadda yol qəzasında ölən azyaşlının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında ölən azyaşlının şəxsiyyəti məlum olub - YENİLƏNİB Cəlilabad rayonunda yol qəzasında ölən azyaşlının şəxsiyyəti məlum olub.
Hadisə
12 May , 2019 22:14
Cəlilabadda yol qəzasında ölən azyaşlının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında ölən azyaşlının şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu şəxs rayonun Alar kənd sakini, 5 yaşlı Əmirov Ənvər Elvin oğludur.

Qeyd edək ki, hadisə axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsavda, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, sürücü avtomobili yenicə alıbmış.

Faktla bağlı araşdırma aparılır.


***20:42

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, sürücü avtomobili yenicə alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.  

Son xəbərlər

Orphus sistemi