Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO Cəlilabad rayonundakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
8 May , 2019 18:08
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Cəlilabad rayonundakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Lənkəran rayon sakinləri - 1989-cu il təvəllüdlü Xəyalə Vaqif qızı Əliyeva, 1982-ci il təvəllüdlü Südabə Nurbala qızı Məmmədova və 2001-ci il təvəllüdlü Şəmsiyyə Ehtiram qızı Məmmədovadır.

Hər üç yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib.


*** 17:25

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər yaralanıb.

Hadisənin təfərrüatı və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi