Cəlilabadda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabadda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb - YENİLƏNİB Cəlilabad. 24 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölən yeniyetmənin adı məlum olub.
Hadisə
24 Avqust , 2018 21:46
Cəlilabadda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad. 24 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölən yeniyetmənin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, Mikayıl Müşfiq küçəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədov Hüseyn Zaur oğludur. 

Uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.


***21:05

Cəlilabad. 24 avqust. REPORT.AZ/ Cəlilabad şəhərində yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində baş verib. 

Belə ki, məntəqədə olan aparat nasaz olduğu üçün elektrik enerjisinin yayılması baş verib. Bu zaman avtomobil yumaq istəyən yeniyetmə su borusunu götürüb və onu elektrik cərəyanı vurub.

Hələlik adı məlum olmayan yeniyetmə ətrafdakıların köməkliyi ilə xə\stəxanaya çatdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi