Cəlilabadda avtomobillə vurulan piyada ölüb

Cəlilabadda avtomobillə vurulan piyada ölüb Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyun , 2020 13:18
Cəlilabadda avtomobillə vurulan piyada ölüb

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 19-da saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində qeydə alınıb.

Üçtəpə kənd sakini R.Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Elşad İmanovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi