Cəlilabadda avtomobil mal-qara sürüsünü vurub - FOTO

Cəlilabadda avtomobil mal-qara sürüsünü vurub - FOTO Cəlilabad. 2 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Dekabr , 2018 20:02
Cəlilabadda avtomobil mal-qara sürüsünü vurub - FOTO

Cəlilabad. 2 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil mal-qara sürüsünü vurub. Hadisə nəticəsində 1 inək tələf olub və sürücü yaralanıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Salyanda yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi