Salyanda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Salyanda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Dekabr , 2018 16:16
Salyanda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Salyan. 2 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

“Report”un Aran bürosunun məlumatına görə, “KİA”“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Yaralılar:

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Cavadova Xanım Məmmədhüseyn qızı;

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Cavadlı Cümşüd Siyasət qızı;

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü İsayev Ərtoğrul Vüqar oğlu;

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Cavadova Məlahət Böyükağa qızı.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb.


*** 15:38

Salyan. 2 dekabr. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, “KİA” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşaları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Yaralılar təcili yardım maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılılb. 

Son xəbərlər

Orphus sistemi