Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə
  • 21 oktyabr, 2021
  • 15:59
Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 21010" və "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin qəfil olaraq "VAZ 21010"in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.