Cəlilabad. 16 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Göytəpə şəhəri ərazsində qeydə alınıb.
Belə ki, Göytəpə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasova Əfsanə Əliyar qızı mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, rayonun Oğrubulaq kəndi ərazisində də Əbilov Əlirza Musaxan oğlu bir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb.