Cəlilabadda 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb

Cəlilabadda 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Noyabr , 2017 20:17
Cəlilabadda 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb

Cəlilabad. 6 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda 23 yaşlı gənc bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Ülvi Nadir oğlu Əhmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, onun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. 

Yaxınlarının dediyinə görə, Ü.Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi