Cəlilabada yağan qar fəsadlar törədib, kəndlərlə əlaqə kəsilib

Cəlilabada yağan qar fəsadlar törədib, kəndlərlə əlaqə kəsilib Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.
Hadisə
2411
21 Fevral , 2021 16:05
Cəlilabada yağan qar fəsadlar törədib, kəndlərlə əlaqə kəsilib

Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.

“Report”un Muğan bürosunun məlumatına görə, qarın qalınlığı 20 sm-ə çatıb.

Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.

Son xəbərlər

Orphus sistemi