Çeçenistanda Azərbaycan vətəndaşı mühakimə olunacaq

Çeçenistanda Azərbaycan vətəndaşı mühakimə olunacaq O, Rusiya sərhədini qanunsuz keçməkdə ittiham olunur
Hadisə
23 Noyabr , 2016 21:49
Çeçenistanda Azərbaycan vətəndaşı mühakimə olunacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Çeçenistan Prokurorluğu Azərbaycan vətəndaşı Mahmudəliyev Ayaz Əsgər oğluna qarşı Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə (Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə) açılmış cinayət işinə dair ittiham aktını təsdiq edib.

"Report" xəbər verir ki, istintaqın versiyasına görə, Azərbaycan vətəndaşı səlahiyyətli orqanların onun Rusiya ərazisinə girişinin qadağan olunmasına dair qəbul etdiyi qərardan xəbərdar olduğu bir halda, yenidən Rusiya ərazisinə keçmək məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdə anket məlumatları bilərəkdən dəyişib. O bu şəkildə sərhədi qanunsuz keçərək Qroznı şəhərinə gedib.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Qroznı şəhər Zavodski rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi