Bu il doğum evlərində 920 səyyar qeydiyyat aparılıb

Bu il doğum evlərində 920 səyyar qeydiyyat aparılıb “Doğumun qeydiyyatının müddətinin gecikməsinin qarşısını almaq məqsədilə qeydiyyat şöbələrinin vəzifəsi olmasa da, əməkdaşlarımız xəstəxanalara, doğum evlərinə gedir və doğumu yerindəcə səyyar qaydada qeydə alırlar”.
Hadisə
14 Avqust , 2020 12:43
Bu il doğum evlərində 920 səyyar qeydiyyat aparılıb

“Doğumun qeydiyyatının müddətinin gecikməsinin qarşısını almaq məqsədi ilə qeydiyyat şöbələrinin vəzifəsi olmasa da, əməkdaşlarımız xəstəxanalara, doğum evlərinə gedir və doğumu yerindəcə səyyar qaydada qeydə alırlar”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, bu da körpələrinin ilk sənədi olan doğum haqqında şəhadətnamələri alan anaların sevincinə səbəb olur: “2019-cu ildə 3 474, 2020-ci ilin 6 ayı ərzində isə 920 belə qeydiyyat aparılıb”.

Son xəbərlər

Orphus sistemi