Bu il Azərbaycanda bir tondan artıq narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bu il Azərbaycanda bir tondan artıq narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb Narkotiklərlə mübarizə sahəsində 2373 fakt aşkar edilib
Hadisə
18 Oktyabr , 2017 12:07
Bu il Azərbaycanda bir tondan artıq narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib. 

Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. 

Bu müddət ərzində cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi