Yuxarı

Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 13 yanvar. REPORT.AZ/ Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Rayonun Z.Tağıyev küçəsində Bakı şəhər sakini Fuad Əliquliyev idarə etdiyi Braziliya səfirliyinə məxsus “Toyota” markalı avtomobillə qəza törədib. Səfirlik maşını Bakı sakini Ədalət Feyziyevə məxsus “Mercedes” markalı avtomobili vurub. Qəza zamanı “Mercedes” markalı avtomobil ciddi zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi