Braziliyada 40 mindən çox insan COVID-19-dan öldü

Braziliyada 40 mindən çox insan COVID-19-dan öldü Braziliyada bir gün ərzində koronavirus pasiyentləri arasında 1 239 ölüm hadisəsi qeydə alınıb.
Hadisə
12 İyun , 2020 04:00
Braziliyada 40 mindən çox insan COVID-19-dan öldü

Braziliyada bir gün ərzində koronavirus pasiyentləri arasında 1 239 ölüm hadisəsi qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanların ümumi sayı 40 919 nəfərə çatıb.

Məlumata görə, ölkədə ötən 24 saat ərzində COVID-19-a demək olar, 30 min yeni yoluxma halı aşkarlanıb. Bununla da koronavirus pasiyentlərinin ümumi sayı 802 828 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi