Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Avropa İttifaqı üçün yaxşı model və qabaqcıl təcrübədir.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın Baş prokuroru İvan Geşev mətbuata müsahibəsində deyib.
“Azərbaycana səfərim zamanı bu ölkənin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini gördüm, bu da öz səlahiyyətləri və təşkilatçılığı baxımından ixtisaslaşdırılmış prokurorluğun gördüyü işlərlə demək olar, eynidir. Mən həmkarlarımın nəticələrini gördüm. Bu, bütün Avropa İttifaqında yaxşı model və qabaqcıl təcrübədir”, - Bolqarıstanın baş prokuroru deyib.
“Biz bir tərəfdən, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq istəyirik. Digər tərəfdən, mütəşəkkil cinayətkarlıqla mübarizənin ən təsirli vasitələrindən istifadə edirik”, - İvan Geşev vurğulayıb.