Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb - FOTO - VİDEO

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb - FOTO - VİDEO Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib.
Hadisə
22 Oktyabr , 2019 18:01
Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb - FOTO - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib. 

Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürücüsünə protokol tərtib ediblər. 

Bu zaman avtobusun sürücüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz. 

Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi