Bakıda qardaş qardaşı qətlə yetirib

Bakıda qardaş qardaşı qətlə yetirib Qətli törədən şəxs daha sonra hadisə yerindən qaçıb
Hadisə
221
4 Avqust , 2017 09:32
Bakıda qardaş qardaşı qətlə yetirib

Bakı. 4 avqust. REPORT.AZ/ Binəqədi rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.

Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ə.Əliyev daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi