Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür

Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirləri davam etdir
Hadisə
21 Aprel , 2022 11:39
Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, növbəti qanunamüvafiq tədbir paytaxtın Nizami rayonu ərazisində həyata keçirilir.

DYNX tərəfindən Nizami rayonu, C.Naxçıvanski küçəsi 47, C.Naxçıvanski küçəsi 49, C.Naxçıvanski küçəsi 55, B.Nuriyev küçəsi 27, B.Nuriyev küçəsi 169, Çobanzadə küçəsi 41, Q.Qarayev prospekti 125, Q.Qarayev prospekti 126 ünvanlarında reydlər keçirilərək qeyd edilən maneələrin demontaj edilməsinə nail olunub, vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.

Son xəbərlər

Orphus sistemi