Biləsuvardakı Cəbrayıl şəhərciyində və Bərdədə toy təşkilatçıları cərimələndi

Biləsuvardakı Cəbrayıl şəhərciyində və Bərdədə toy təşkilatçıları cərimələndi Cəbrayıl Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
Hadisə
25 İyul , 2021 15:45
Biləsuvardakı Cəbrayıl şəhərciyində və Bərdədə toy təşkilatçıları cərimələndi

Cəbrayıl Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl şəhərciyində keçirilən 3 toy məclisində karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Eyni zamanda Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı Qazıqurdalı və Hüseynalılar kəndlərində yerləşən 2 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi