Biləsuvarda uşaq bağçasında azyaşlı xəsarət alıb, müdir cəzalandırılıb

Biləsuvarda uşaq bağçasında azyaşlı xəsarət alıb, müdir cəzalandırılıb Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.
Hadisə
1 İyul , 2022 09:23
Biləsuvarda uşaq bağçasında azyaşlı xəsarət alıb, müdir cəzalandırılıb

Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.

Bu barədə "Report"un Muğan bürosuna Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib:

"Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.

Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib".

Son xəbərlər

Orphus sistemi