Biləsuvarda traktorla minik maşını toqquşub

Biləsuvarda traktorla minik maşını toqquşub Faktla bağlı araşdırma aparılır
Hadisə
372
22 May , 2021 10:21
Biləsuvarda traktorla minik maşını toqquşub

Biləsuvar rayonunda yol qəzası hadisəsi baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Bakı-Astara magistralının Bəydili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonunun Pirəhmədli kənd sakini Kamal Bağban oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Biləsuvar rayonunun Bəydili kənd sakini Elxan Cankişi oğlu Adışovun idarə etdiyi traktorun arxasındakı presbağlayan qoşqusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi