Biləsuvarda piyadanı vuran avtomobil tapılıb

Biləsuvarda piyadanı vuran avtomobil tapılıb Ötən gün Biləsuvar rayonunda piyadanı vuraraq hadisə yerindən uzaqlaşan avtomobilin sürücüsü müəyyən edilib
Hadisə
14 Fevral , 2021 12:14
Biləsuvarda piyadanı vuran avtomobil tapılıb

Ötən gün Biləsuvar rayonunda piyadanı vuraraq hadisə yerindən uzaqlaşan avtomobilin sürücüsü müəyyən edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon polisi nəqliyyat vasitəsinin "Niva" markalı minik avtomobili olduğunu bildirib.

Qeyd edək ki, hadisə dünən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. Daha sonra avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağll araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi