Biləsuvarda kişini vuran avtomobil hadisə yerindən qaçıb

Biləsuvarda kişini vuran avtomobil hadisə yerindən qaçıb Biləsuvar rayonunda yol qəzası baş verib
Hadisə
13 Fevral , 2021 21:25
Biləsuvarda kişini vuran avtomobil hadisə yerindən qaçıb

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağll araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi