Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb

Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib.
Hadisə
7 Dekabr , 2021 10:16
Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb
Telman Məmmədov və Təhməz Məmmədov

Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi