Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-3

Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-3 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Hadisə
30 Oktyabr , 2022 17:28
Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-3

Biləsuvarda baş verən ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub. 

"Report"un Muğan bürosu xəbər verir ki, yaralılar bunlardır:

1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri

2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri

3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu

4.Həsənov Emin Hakverdi oğlu (1988) -  Sumqayıt şəhəri

5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu

6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu

7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu

8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu

9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri

10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu

11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri

12.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.

15:30

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəkilişində iştirak edən işçilərin olduğu "BMW" markalı minik avtomobili  və "Mercedes" markalı mikroavtobus toqquşub. 

Qəza nəticəsində "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Onlardan artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Hadisəyə ilkin səbəb kimi minik avtomobilinin qəfil dönməsi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

12:22

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.

10:36

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

“Report”un Muğan bürosunun məlumatına görə, yaralı şəxslər xəstəxanaya aparılıblar. 

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

09:26

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi