Yuxarı

Biləsuvarda ana doğuşdan sonra ölüb

Faktla bağlı araşdırma aparılır

Biləsuvar. 11 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda ana doğuşdan sonra ölüb. 

”Report”un Aran bürosunun verdiyi məlumata görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib. 

Məlumata görə, doğuş zamanı ana oğlan uşağını dünya gətirib və doğuşdan sonra ölüb. Körpənin durumunun normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi