Biləsuvarda 64 yaşlı kişi iş yerində ölü tapılıb - YENİLƏNİB
- 01 fevral, 2019
- 11:04
Biləsuvar. 1 fevral. REPORT.AZ/ Biləsuvar rayuonunda iş yerində meyitin kimə məxsus olduğu məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, araşdırmalar nəticəsində onun şəhər sakini, 1955-ci il təvəllüdlü Ağayev Mirilham Məmmədağa oğlu olması müəyyən edilib.
Həmin şəxsin ürəktutmasından vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Ağayev Biləsuvar Telekommunikasiya Qovşağının keçmiş rəisi İlkin Ağayevin atasıdır. İ.Ağayev 2015-ci il sentyabr ayında iş yerində özünü asaraq intihar edib.
*** 13:53
Biləsuvar. 1 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda yaşlı kişinin meyiti tapılıb.
"Report" xəbər verir ki, Biləsuvar Telekommunikasiya Qovşağının həyətindəki yarımtikilidə aşkarlanıb.
Hələlik şəxsiyyəti məlum olmayan kişinin ölüm səbəbi dəqiqləşdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.