Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
25 Sentyabr , 2024 09:11
Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi cinayət işi başlanılıb, müvafiq eskpertizalar təyin edilib.

Qeyd edək ki, hadisə ötən gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə, minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Avtomobildə olan daha bir şəxs- 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi