Biləsuvarda 18 yaşlı qız intihara cəhd edib

Biləsuvarda 18 yaşlı qız intihara cəhd edib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
30 Avqust , 2017 17:25
Biləsuvarda 18 yaşlı qız intihara cəhd edib

Biləsuvar. 30 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda 18 yaşlı qız intihara cəhd edib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib. 

Belə ki, kəndin sakini, 1999-cu il təvəllüdlü Səidə Niyaz qızı Əsədova 30-a yaxın diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulan preparat qəbul edib. O, huşunu itirib və yaxınlarının köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, S.Əsədovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi