Biləsuvarda ildırım vuran şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB 

Hadisə
  • 16 may, 2025
  • 12:15
Biləsuvarda ildırım vuran şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB 

Biləsuvar rayonunda ildırım vuran şəxsin son durumu açıqlanıb. 

TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, mayın 15-də saat 20:00 radələrində 1981-ci il təvəlüdlü şəxs (kişi) ildırım vurması səbəbi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona zəruri tibbi yardım göstərilib. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

07:15

Biləsuvar rayon sakinini ildırım vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti