Yuxarı

​Beynəlxalq Bankın filialının sabiq direktoru azadlığa buraxılıb - EKSKLÜZİV

Nərimanov Rayon Məhkəməsi onunla bağlı qərar qəbul edib

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bank"ının "Nəqliyyat" filialının keçmiş direktoru Kənan Orucov azadlığa buraxılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu gün Nərimanov Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, K.Orucov 2015-ci ildə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi