Beyləqan rayonununda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.
"Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib. Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib", - məlumatda qeyd olunub.