Beyləqan sakininə qarşı soyğunçuluq edən şəxsi metro polisi saxlayıb

Beyləqan sakininə qarşı soyğunçuluq edən şəxsi metro polisi saxlayıb Onun Bakı şəhər sakini Rəhim Səfərov olması müəyyən edilib
Hadisə
3 İyul , 2017 13:34
Beyləqan sakininə qarşı soyğunçuluq edən şəxsi metro polisi saxlayıb

Bakı. 3 iyul. REPORT.AZ/ Beyləqan sakininə qarşı soyğunçuluq edən şəxsi metro polisi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun "Azadlıq" stansiyası istiqamətində qaçmağa başlayıb.

Həmin şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Rəhim Səfərov olması müəyyən edilib.

R.Səfərov Binəqədi Rayon Polis İdərisinin 5-ci Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi