Bərdədə yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Bərdədə yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Noyabr , 2017 17:40
Bərdədə yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Bərdə. 22 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun verdiyi xəbərə görə,Tərtər rayon sakini Yaşar Sovet oğlu Muxtarovun idarə etdiyi 59-BF-141 dövlət-qeydiyyat nömrə nişanlı "QazEl" markalı yük avtomobili yolu keçmək istəyən rayon sakini, 1979-cu il təvəllüdlü Yüksəl Səyyaf oğlu Rəcəbovu vurub. Nəticədə ağır xəsarət alan 38 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


***17:26

Bərdə. 22 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yük maşını piyadanı vurub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qayalı kəndində qeydə alınıb. 

Nəticədə ağır bədən xəsarətləri alan orta yaşlı kişi hadisə dünyasını dəyişib. Hadisə yerinə hüquq-muhafizə xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralı tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb. 

Son xəbərlər

Orphus sistemi