Bərdədə ticarət obyektlərində yanğın olub

Bərdədə ticarət obyektlərində yanğın olub Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri ya
Hadisə
8 Dekabr , 2021 08:46
Bərdədə ticarət obyektlərində yanğın olub

Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Güloğlular kəndində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər

Orphus sistemi