Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Aprel , 2016 11:24
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 12 aprel. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Divanlı kəndində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Pərviz Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən Bərdə rayon sakini Mətulə Musayevanı vurub. Yaralı təcili tibbi yardım maşını ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib. Ağır bədən xəsarətləri alan M.Musayeva xəstəxanada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi