Bərdədə intihara cəhd edən şəxslə bağlı araşdırma aparılır

Bərdədə intihara cəhd edən şəxslə bağlı araşdırma aparılır Bərdə Rayon Prokurorluğunda intihara cəhd edən şəxslə bağlı araşdırmalara başlayıb.
Hadisə
7831
11 Sentyabr , 2020 12:44
Bərdədə intihara cəhd edən şəxslə bağlı araşdırma aparılır

Bərdə Rayon Prokurorluğunda intihara cəhd edən şəxslə bağlı araşdırmalar başlanılıb.

“Report”un xəbərinə görə, hadisə ötən gün Bərdə şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Nəsirov İlham Cavanşir oğlu şəhər mərkəzində özünü benzinlə yandıraraq intihara cəhd edib. O, rayon xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarının səyi nəticəsində xilas olunub.

Aparılan ilkin araşdırma zamanı İ.Nəsirovun səhhətində yaranan problemlərlə əlaqədar intihar etmək istəməsi müəyyən edilib.

Hazırda Bərdə Rayon prokurorluğunda araşdırma aparılır.

Orphus sistemi